“Sual vermədən qaçdım…” – Aygün hansı nazirin bir zəngi ilə toyu yarımçıq qoyub?

Əməkdar artist Aygün Bəylər illər öncə o vaxtlar Mədəniyyət naziri olan Polad Bülbüloğlunun göstərişi ilə məşhur türk müğənnisi Sibel Canın Bakıda verdiyi konsertində oxuduğunu xatırlayıb.

Yenicag.az xəbər verir ki, müğənni həmin vaxt toyda olduğunu, bir telefon zəngi ilə məclisi yarımçıq qoyub təcili konsert məkanına getdiyini bildirib:

O, mühafizəçilərə məhəl qoymadan saraya daxil olub:

“Toy şənliyində idim, zəng gəldi ki, haradasan, telefona niyə cavab vermirsən, səhərdən səni axtarırıq. Dedim, toydayam, əlimdə mikrafon, necə cavab verəydim? Dedilər, tez gəl Heydər Əliyev Sarayına. Telefonumu toy məclisində qoyub, heç bir sual vermədən qaçdım deyilən məkana. Konsertin sonu idi, dedilər tez çıx səhnəyə”.

Sənətçi konsertdə “Azərbaycan maralı” mahnısını ifa etdiyini deyib:

“Sibel Canın şərəfinə “Azərbaycan maralı”nı dəyişib, “Türkiyənin maralı” kimi oxudum”.

A.Bəylər bu sözləri Xəzər TV-nin “5/5″verilişində deyib.

Nehru