Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Subbakalvrların universitetlərə imtahansız qəbul QAYDALARI - TAM SİYAHI

“Təhsil haqqında” qanuna edilmiş son dəyişikliklərə əsasən, diplomunda subbakalavr yazılan kollec məzunlarına ali məktəblərə imtahansız qəbul olunmaq hüququ verilib.

Yenicag.az təhsil eksperti Kamran Əsədovun subbakalavrlara universitetlərə imtahansız qəbul olmaq üçün sənədlərin hazırlanması və bu hüququ əldə etdikdən sonra atmalı olduqları addımlarla bağlı tövsiyələrini təqdim edir:

1. Subbakalavrlar təhsil aldıqları kolleclərə gedərək, ərizə yazırlar. Orada kollec dövründə topladıqları orta ballar sistemə daxil edilir.

2. Dövlət İmtahan Mərkəzində (DİM) şəxsi kabinet yaradırlar.

3. İyul ayının 17-nə qədər (2 gün qalır) “Subbakalavrın elektron ərizəsi”ni doldurub, təsdiq edirlər.

4. İyul ayının 24-dən avqustun 6-dək arzuladıqları dövlət və özəl universitetlərdə 15 ixtisas seçib təsdiq eləyirlər.

5. Sistem seçilən ixtisaslara uyğun olaraq, minimum (150-250) bal verir. 150 ballıq ixtisasları seçmək üçün 150 bal, 250 ballıq ixtisası seçmək üçün 250 bal. Yəni subbakalvr 150 ballıq ixtisas seçibsə, ona 180-190 bal verilə bilməz. Hər ixtisasa uyğun minimum bal verilir.

6. Onlar seçdikləri ixtisasların cavablarına avqust ayının 8-9-unda mobil operatorlardan 7727-yə iş nömrələrini göndərməklə, qəbul olub-olmadıqlarını öyrənə bilərlər.

7. Qəbul olarlarsa, həmən ali məktəbə gedərək, qeydiyyatdan keçir və 1 ilin tam təhsil haqqı məbləğini ödəyirlər.

Günay Əli

www.yenicag.az

1924