“Şübhə yoxdur ki, xalqın, …”

20xeber-640“Müstəqilliyini qazandıqdan sonra Azərbaycanın tarixi nailiyyəti özünün sabitliyini, təhlükəsizliyini və dinamik inkişafını təmin etməsidir”.

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter”-dəki səhifəsində yazıb.

N.Məmmədovun sözlərinə görə, şübhə yoxdur ki, xalqın Prezidentinə inamı, xalqla Prezidentin birliyi bu tarixi nailiyyəti həmişə qoruyacaq və davam etdirəcək.