!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Subsidiyanın gedişhaqqına mümkün TƏSİRİ: "Bu ərazilərdə sui-istifadə halı ola bilər"

!Reklam – Yazi

“Gələcəkdə yanacağın qiyməti yenidən qalxarsa, bu halda gedişhaqqının məbləğinə təsirsiz ötüşməyəcək”. 

Bunu avtobuslarla sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara yanacağa görə subsidiya verilməsinin gedişhaqqının qiymətinə mümkün təsirlərini dəhərləndirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sərnişindaşıma həyata keçirən şirkətlərə və sahibkarlara subsidiyanın verilməsi müsbət addım olsa da, nəzarət mexanizmin təkminləşdirilməsi olduqca vacibdir:

“Yeni qərarla bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) tapşırıq verilib ki, subsidiyanın məbləği Maliyyə Nazirliyi ilə razılaşdırılsın. Subsidiya müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara şamil olunacaq. Minik avtomobilləri ilə sərnişindaşıma, beynəlxalq sərnişin daşımaları və qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olan daşıyıcılara isə şamil edilməyəcək. Əslində qərarın qəbulu müsbət haldır. Bu addım daha rahat sərnişin daşınmaya xidmət edəcək. Nəzarət mexanizmi zəif olan ərazilərdə nəğd ödənişlərdə sui-istifadə halları baş verə bilər. Lakin kartla ödənişdə qiymət artımı baş verməyəcək. Sadəcə gələcəkdə yanacağın qiyməti yenidən qalxarsa, bu halda gedişhaqqının məbləğinə təsirsiz ötüşməyəcək. Qərarın başlıca səbəblərindən biri gələcəkdə süni qiymət artımının qarşısını almaq üçündür”.

Gülşən Şərif

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv