!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sudan ordusu etirazçıların düşərgəsini dağıtdı: 3 ölü, 60 yaralı

!Reklam – Yazi

Sudanın paytaxtı Xartumda Müdafiə Nazirliyi binası yaxınlığında etiraz edənlərin çadır düşərgəsinin dağıdılması nəticəsində 3 nəfər ölüb və 60 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə müxalif “Sudanlı həkimlər komitəsi”ndən bildiriblər.

Qeyd edək ki, Sudan ordusu bu gün səhər saatlarında Xartumdakı əsas ordu komandanlığı yaxınlığındakı meydanda çadır düşərgəsini dağıtmağa başlayıb. TV-nin məlumatına görə, odlu silahlardan fəal şəkildə istifadə olunur. Təhlükəsizlik qüvvələri Xartumun bütün mərkəzi küçələrini və meydana aparan yolları bağlayıb.

www.yenicag.az

5917
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv