Sudanda komendant saatı tətbiq olundu – Bir aylıq

Sudanın hərbi hakimiyyəti ölkədə komendant saatının tətbiq olunmasını elan edib.

Yenicag.az-ın məlumatına görə, komendant saatı yerli vaxtla 22:00-dan 04:00-dək təyin olunub. Hərbçilər qeyd edib ki, bu sərəncam bir ay ərzində qüvvədə olacaq.

Xatırladaq ki, aprelin 11-də Sudan hərbçiləri ölkə prezidenti Ömər əl-Bəşiri hakimiyyətdən kənarlaşdırıb. Bundan öncə ölkədə əhali tərəfindən aylarla etiraz aksiyaları keçirilirdi.