“Süfrə” restoranında YANĞIN

Restoranda yanğın baş verib.

 Yenicag.az xəbər verir ki, yanğın  hadisəsi  Zaqatala şəhər H.Əliyev prospektində, Muradov Rüstəm Sabir oğluna məxsus “Süfrə” restoranında baş verib. Yanğın yerinə Zaqatala rayon Yanğından Mühafizə Hissəsinin  yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 300 k/m olan restoranın çardağı tamamilə  və tavan hissəsi yanıb, restoranın qalan hissəsi  yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb./unikal

COP29