Süfrəmizdəki ZƏHƏR: “Ürək, qan-damar xəstəlikləri, diabet və piylənmənin səbəbi bunlardır” – QİDA MÜTƏXƏSSİSİ

“Əla növ undan hazırlanan çörəklər zəhər mənbəyidir. Belə undan daha çox zavodlarda istifadə olunur”.

Bunu son dövrdə insanların qida rasionundan çörəyi çıxarmasının mənfi nəticələrindən danışan sağlam qidalanma üzrə mütəxəssis Ağa Salamov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, çörəyin insan orqanizminə faydalı olub-olmaması unun keyfiyyətindən asılıdır:

“Əgər emal prosesində rafinə olunmuş, yəni rüşeym, kəpək qismi və lifləri tərkibindən ayrılmış əla növ adlandırılan undan istifadə olunarsa, qida yox, zəhər yemiş olarıq. Bu tip çörəklər qaraciyərdə piylənməyə, həzm prosesinin pozulmasına, mədəaltı vəzinin yüklənməsinə, ürək-qan damar sisteminin pozulması ilə yanaşı şəkərli diabetə və obezitəyə səbəb olur. Əla növ undan hazırlanan çörəklər özündə heç bir vitamin ehtiva etməyən boş karbohidratlardır. Buna zavod çörəklərini misal göstərmək olar”.

Ekspert qeyd edib ki, tam buğda unu və tam çovdar unu qarışığından hazırlanan un məhsulları orqanizm üçün faydalıdır:

“Belə qidalar bağırsaqda rahat sovrulur və həzm olunur. Həzm prosesi rahat olan insanda seretonin (xoşbəxtlik) hormonu ifraz olunur. Bu da insana özünü gümrah hiss etdirir.

İnsanların yorğun və əzgin olduğunu müşahidə edirik. Bir-iki saat iş ardından sonra çox yorğun olurlar. Buna səbəb rafinə olunmuş un məhsullarıdır. Xırda şirniyyat sexlərində Eka-pan, Eka-plus adlı xəmir yumşaldıcı maddələr var. Həmin maddələrin tərkibi askorbin turşusundan ibarətdir və heç bir zərəri yoxdur. Ancaq iri zavodlar bundan istifadə etmir. Çünki əlavə qatqı çörəyin maya dəyərinin qalxması deməkdir.

Dəb halını almış, ancaq sübutu olmayan sistein haqqında da çox danışılır. Heç bir mütəxəssis Azərbaycanda hansısa çörəyin tərkibində sistein olduğunu labaratoriyada sübut etməyib. Bunu uzun illər qida təhlükəsizliyi üzrə mübarizə aparan biri kimi deyə bilərəm. Bəhs etdiyimiz maddə bahalıdır və Azərbaycanda satışı yoxdur. Avropadan ölkəmizə gətirilən hazır burger çörəklərinin və un məhsullarının tərkibində belə bir maddənin çıxma ehtimalı ola bilər. Buna görə də aldığımız xarici un məmulatlarını istehlak etmədən öncə tərkibini oxumaq daha məsləhətlidir”.

Qeyd edək ki, sistein insan saçından hazırlanan bir maddədir.

Xumar Şahin

COP29