Sui-qəsdə uğrayan Salman Rüşdi məhkəmədə ifadə verdi: “Ağrıdan qışqırdım”

Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi 2022-ci ildə sui-qəsdə uğraması ilə bağlı keçirilən məhkəmə iclasında ifadə verib.

Yenicag.az “Guardian”a istinadən xəbər verir ki, yazıçı ona hücum edən şəxsin “qaranlıq və dəhşətli” gözlərini əvvəlcədən sezdiyini bildirib.

“O, çənəmə və boynuma çox güclü zərbə vurdu. Əvvəlcə onun məni yumruqla vurduğunu düşündüm, lakin çox keçmədən paltarıma çoxlu qan axdığını gördüm. Məni dəfələrlə vururdu. Vurmaq və kəsirdi”, – deyən Rüşdi ən çox gözündən zərbə aldığı zaman ağrı hiss etdiyini vurğulayıb.

Xatırladaq ki, Salman Rüşdi Nyu-Yorkda “Chautauqua” İnstitutunda mühazirə zamanı 27 yaşlı Hadi Mataranın hücumuna mruz qalıb. Yazıçı ağır yaralansa da, həyatda qalmağı bacarıb. Buna baxmayaraq, o, bir gözünü itirib.