Sükan arxasında infarkt keçirib öldü – FOTO

Türkiyənin Samsun şəhərində sürücü sükan arxasında infarkt keçirib.

Yenicag.az xəbər verir ki, 50 yaşlı Musa Şənər həyat yoldaşının da olduğu avtomobili idarə edərkən infarkt keçirərək qəzaya düşüb.

Maşını işıq dirəyinə vuran sürücü xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.