Sükan arxasında keçindi

downloadBakı sakini sükan arxasında dünyasını dəyişib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Neftçilər prospekti 145-in qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Fizuli Əli oğlu Amanov özünə məxsus “DODGE” markalı 10-XR-033 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman ürək tutmasından sükan arxasında ölüb. Nəticədə avtomobil səkiyə çırpılıb.