Sule Aker: “İnternet nəşrlərində bəzən düzgün olmayan məlumatlar yayımlanır”

“İnternet nəşrlərində bəzən düzgün olmayan məlumatlar yayımlanır”.

Yenicag.az xəbər verir ki, bunu Dünya Mətbuat Şuraları Assosiasiyasının prezidenti Sule Aker Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında çıxışı zamanı bildirib.

Sule Aker bildirib ki, bugün etik jurnalistika prinsipləri mediaya məxsus çox vacib məsələlərdən biridir:

“Biz bu gün çox çətin dövrlərdən keçirik. Əli Həsənovun vurğuladığı kimi, biz artıq internet nəşrinin şahidiyik. Hazırda internet nəşrlərində bəzən düzgün olmayan məlumatlar yayımlanır və bu, müəyyən çətinliklər yaradır. Nəticədə insanlar əsl jurnalistikaya qarşı ola bilər. Media sektorunun birinci missiyası ictimaiyyətin düzgün məlumatlar əldə edə bilməsindən ibarətdir. Əgər məlumat düzgün deyilsə, bu zaman insanlar öz fikirlərini yanlış məlumatlar əsasında formalaşdırır və vəziyyət nəzarətsiz qalır. Digər məsələ isə, xüsusən də müharibə zonalarında mövcud olan jurnalistika ilə bağlıdır. Ona görə də müharibə zonalarında mövcud olan jurnalistikaya xüsusi diqqət yetirmək lazımdır”.

Gülşən Şərif