Süleyman Soylu bu gün növbəti canlı yayıma çıxacaq – ANONS

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu gün çıxacağı növbəti canlı yayımda mafiya lideri Sedat Pekerin yeni iddialarını cavablandıracaq.

Bu barədə məlumatı Yenicag.az-a Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım verib.

Qeyd olunur ki, Soylu ilə birlikdə jurnalistlər İsmail Saymaz, Merdan Yanardağ, Veysi Ateş və Mehmet Akif Ersoy da Kübra Parın yerli vaxtla saat 21-00-da “Habertürk”də yayımlanan canlı verilişinə qatılacaqlar.

Araz