Süleyman Soylu təslim olmuş terrorist sayını açıqladı

2018-ci ildə PKK terror qruplaşmasının 340-dan çox terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

Yenicag.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Nazir qeyd edib ki, terrorçulardan 146 nəfəri görülmüş izahat işləri nəticəsində silahı yerə qoyub.

“PKK terror təşkilatı 40 il bundan əvvəl yaradılıb. Təşkilat bu müddət ərzində Türkiyəyə qarşı bütün imkanlarından, həmçinin iqtisadi və siyasi böhranlardan istifadə edib” – deyə Soylu qeyd edib.

“Terrorçular xarici qüvvələrin Türkiyəyə qarşı sui-qəsdlərindən istifadə edir. Türkiyə dünyanın ən əhəmiyyətli regionlarından birində yerləşir. Bütün dünyanın diqqəti bu regionda cəmləşib” – deyə Soylu bildirib.

Onun sözlərinə görə, Türkiyədə görülən tədbirlər nəticəsində bu il terrorçuların sayı cəmi 95 nəfər artıb. Bu, son 30 il ərzində ən az göstərici olub.

COP29