İranın Əhvaz şəhərində ABŞ hərbi qüvvələrinin öldürdüyü İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymanin cənazəsi İrana gətirilib.
Yenicag.az İSNA-ya istinadən xəbər verir ki, Qasım Süleymani ilə vida mərasimi başlayıb.
Onunla vida mərasimi daha sonra Məşhəd şəhərində, sabah isə paytaxt Tehranda keçiriləcək.
Yanvarın 7-də isə Qasım Süleymani doğulduğu Kirman əyalətində dəfn ediləcək.