Noyabrın 22-də həyata keçirilməli olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib.
Yenicag.az xəbər verir ki, “Iraqi Airways” aviaşirkətinin saat 17:30-da “IA 429” saylı Süleymaniyədən Bakıya olan uçuşu ləğv olunub.
Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Iraqi Airways” aviaşirkətinin 18:30-da Bakıdan Süleymaniyəyə olan “IA 430” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing B737-300” təyyarəsi ilə həyata keçirilməli idi.
Süleymaniyə-Bakı-Süleymaniyə aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.