Süleymaniyyədə partlayış baş verdi

İraqın şimalında yerləşən Süleymaniyyə şəhərinin beynəlxalq hava limanı yaxınlığında partlayış baş verib.

Yenicag.az xəbər verir ki, partlayışın yanğına səbəb olduğu bildirilib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.