!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Süleymanovdan şok açıqlamalar: "Taksi sürücüsü millimizdə məşqçi işləyir"

!Reklam – Yazi

O, 1985-ci ildə gənclər arasında SSRİ çempionu, 1 il sonra isə Avropa çempionu adını qazanıb. Ardınca da dünya 3-cülüyünü… 1987-ci ildə də gənclər arasında Avropa çempionu olub. Sonrasa dünya 2-cisi… Daha sonra gənclər arasındakı dünya çempionatının qızıl medalına layiq görülüb… 1989-cu ildə böyüklər arasında dünya və Avropa çempionluğu… 90-cı ildə dünya çempionatına Türkiyə adından qatılıb və qələbə qazanıb. 91-ci ildə də Avropa çempionu olub. Bir sözlə, titullarını sadaladıqca bitmir Hafiz Süleymanovun.

Qadın yığmamızın sabiq böyük məşqçisi bundan sonra Türkiyədə fəaliyyət göstərəcək. Buna səbəb isə Azərbaycan Ağır Atletika Federasiyasında baş verən özbaşınalıqlardır. Bunu Yenicag.az-a açıqlamasında Hafiz bəyin özü deyib:

“Millidən ayrılmağıma səbəb federasiyadakı özbaşınalıqlardır. Ordakıların heç biri məşqçi deyillər, ali savadları da yoxdur. Elə gəlin, qadınlardan ibarət millidən başlayaq. Gedib Moldovadan Nataliya Prişepanı gətirdilər; guya mənim köməkçim olacaqdı. Hər şeyi qatdılar bir-birinə. Böyüklərdə Elnur Hüseynov adlı köməkçi məşqçi var. Adam “AAAF Park”da “karusel”ə nəzarətçi işləyirdi. İslam Oyunlarında yığmanın məşqçiləri bir dənə də olsun, medal gətirmədilər. İslamiadada bürünc medal qazanan Rövşən Fətullayevi 3 ay mən hazırlaşdırmışdım. İslam Oyunlarının qalibi Anastasiya İbrahimlinin də şəxsi məşqçisi olmuşam. Ağır Atletika Federasiyası “bardak”dır…”.

Süleymanovun sözlərinə görə, Azərbaycan Ağır Atletika Federasiyasında idarəetmə yüksək səviyyədə deyil: idmançını qovuram, bunlar geri qaytarırlar. Belə vəziyyətdə məşqçi pis olur. Federasiya prezidenti Cahangir Əsgərovun bu işə aidiyyatı yoxdur. İdarə edənlər hər şeyin başını buraxıblar. Bu gün yeniyetmələrdə Taleh Hüseynov adlı məşqçi işləyir. Bu adam taksi sürücüsü idi. Nə oxuyub, nə də savadı var. Nizam Rufullayev da həmçinin… Yığmada işləyən məşqçilərin 90 faizinin ali savadı yoxdur. Bu gün ali savadı olmayan dünyanın heç bir yerində məşqçi işləyə bilməz. Məsələn, böyüklərdə Elnur Hüseynov məşqçi işləyir. Bu adam idmançı kimi heç nə olub. Heç ali savadı da yoxdur. Bu, necə olur? Vallah, adama gülərlər. Nataliya sıradan bir idmançı olub. Amma ayda 2 min manat maaş alır. İdmançı kimi cəmi bir dəfə Avropa 3-cüsü olub. Bu adam nə öyrədə bilər axı?”

Hafiz bəy saytımıza açıqlamasında Türkiyədə görəcəyi işlərdən də danışıb:

“Türkiyədə idmançılara hörmət var. Dünən qardaş ölkənin Gənclər və İdman naziri Osman Aşkın Bakla görüşdüm. Türkiyədə ağır atletika klubu yaratdım. Özüm də idman mütəxəssisiyəm. Bir sözlə, mənə qapılar açıqdır. Amma biz öz millətimizə hörmət etmirik. Mən intizamı, dürüstlüyü sevən biriyəm. Digər ölkələrdə qızıl medal qazanan idmançılar var. Noyabrda dünya çempionatı keçiriləcək, amma ora aparacaq idmançımız yoxdur. Rövşən Fətullayevdi, o da ki, 31 yaşı var. Fakt odur ki, idmançılar yetişmir. Bunun səbəbi də işlərin düzgün qurulmaması, məşqçilərin doğru seçilməməsidir.”

 

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

1751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv