Belarus və onun xalqı heç vaxt indiki qədər qorunmayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Onun fikrincə, Belarus xalqı təhlükəsizlikdən narahat olmamalıdır: “Sülh bahadır və bunun haqqını ödəməlisən. Sistem qurulub, silahlı qüvvələr, səfərbərlik ehtiyatı, ərazi müdafiəsi, xalq milisləri var. Hər şey təşkil olunub. İndiki mərhələdə hər şey kifayətdir”.