!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh danışıqları fonunda qanunsuz silahlı birləşmələr REALLIĞI: "Bu işdə Rusiyadan xəbərsiz əməkdaşlıq edərək..."

!Reklam – Yazi

“Rusiya artıq ABŞ-nin vasitəçilik etdiyi danışıq, sülh prosesinə maneçilik törədə bilmir”.

Bu fikirləri Ermənistanla Azərbaycan arasında sülh danışıqları fonunda Qarabağın qanunsuz silahlı birləşmələrdən arındırılması barədə danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağda qalması yalnız Rusiyaya sərf edir:

“İqtidarın apardığı siyasət göstərir ki, bildikləri çox şeylər var və hələ ki uğurlar davam etdirilir. Müəyyən qədər provokasiyalar olsa da, Laçın dəhlizinin girişində sərhəd-buraxılış mənətəqəsinin qurulması, hətta gözlənilənlərin əksinə olaraq, ərazinin bütünlüyü ilə Azərbaycanın nəzarətində olması göstərir ki, əməliyyatlar öz bəhrəsini verib.

Ən böyük problem Qarabağdakı qeyri-qanuni silahlıların sayı ilə bağlıdır. Müxtəlif rəqəmlər səsləndirilir. Əvvəl 4 min deyilirdisə, fakt odur ki, qələbədən sonra onların sayı iki dəfə artıb. Orada qeyri-qanuni silahlıların olması çox böyük problemdir.

Türkiyənin Afrində keçirdiyi əməliyyatı xatırlamaqda fayda var. Türkiyə böyük qandan qaçmaq üçün bir yol qoydu ki, silahlılar rədd olub getsinlər. 80-ci illərdə İsrail Fələstin arasındakı münaqişə zamanı da eyni hal yaşanmışdı. Qarabağda da bu cür variantdan istifadə etmək olar. Cəmiyyətimizdə belə fikir formalaşıb ki, silahlıların hamısını cəzalandırmaq lazımdır. Birincisi, o sayda insanı gətirib həbsxanalara yerləşdirmək olmaz. Bu həm böyük bir xərcdir, həm də Azərbaycana yeni basqı üçün bəhanədir.

Hesab edirəm ki, qeyri-qanuni silahlıların orada qalması yalnız Rusiyaya sərf edir. Rusiya artıq ABŞ-nin vasitəçilik etdiyi danışıq, sülh prosesinə maneçilik törədə bilmir. Ona görə də burada taktiki, diplomatik gedişlər etmək lazımdır. O silahlılardan cinayət əməli olmayanlar bağışlanılıb ölkədən çıxarıla bilər. Məsələ ondadır ki, həmin silahlıların bəziləri haqqında Ermənistanda belə cinayət işi açılıb. Düşünürəm ki, hər iki ölkə sərhəd-buraxılış məntəqələrinin qurulmasında həmrəylik göstərdilər, eləcə də bu işdə Rusiyadan xəbərsiz əməkdaşlıq edərək problemi çözmək olar.

Orada elələri var ki, adları böyük cinayətlərdə hallanmasa da, separatçı rejim və Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşməyə sövq ediliblər. Onlar barədə əfv haqqında düşünmək olar. Tarixin gərdişi belədir ki, müharibələrdən sonra qalib tərəflər həmişə belə aksiyalardan istifadə ediblər.

Düşünürəm ki, bu məsələni zor gücü olmadan da həll etmək olar. Ən əsası, pozucu qüvvələri Qarabağdan uzaqlaşdırmaq lazımdır. Yerdə qalan sadə xalqla Azərbaycan hökuməti özü dil tapacaq”.

Səxavət Məmməd

www.yenicag.az

937
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv