!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh danışıqlarına kritik hazırlıqlar başlayır – Müharibə yekun mərhələyə yaxınlaşır

!Reklam – Yazi

Yaxın bir neçə ay Ukraynanın gələcəyi üçün həlledici olacaq. Çünki Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə gələcək mümkün sülh danışıqlarında güclü mövqeyə gəlmək və mühüm təhlükəsizlik zəmanətləri almağa çalışmaq üçün ABŞ-yə səfər edir.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Le Monde” nəşri məlumat yayıb.

Qəzet yazır ki, sentyabrın 20-də mətbuat brifinqi zamanı Zelenski etiraf edib ki, o, istefada olan prezident Co Baydeni noyabrda keçirilən prezident seçkilərinin nəticələri ilə sarsıla biləcəyindən Ağ Evdən getməzdən əvvəl hərəkətə keçməyə inandırmağa ümid edir.

Nəşrin analitikləri hesab edirlər ki, sülh danışıqlarına bu hazırlıqlar ölkə üçün kritik bir zamanda – müttəfiqlərinin beynəlxalq dəstəyinin müharibənin gedişatını dəyişdirmək üçün kifayət etmədiyi və taqətdən düşmüş əhalinin dayanıqlığında getdikcə daha çox qüsurlar göstərdiyi bir vaxtda baş verir.

“Kiyev hakimiyyətinin Kremlə növbəti təzyiq rıçaqı kimi təqdim etdiyi Ukraynanın Kurska hücumu ölkənin şərqindəki döyüşlərin dinamikasını dəyişməyib. Rusiya qüvvələri hər gün Donbasda yeni kəndləri ələ keçirərək, insan və sursat çatışmazlığından əziyyət çəkən Ukrayna ordusuna qarşı irəliləməyə davam edir. Qış bütün Ukrayna üçün çətin keçəcəyini vəd edir, çünki onun elektrik enerjisi istehsal güclərinin yarıdan çoxu Rusiyanın zərbələri nəticəsində məhv edilib. Əhali isə böyük elektrik kəsintiləri ilə əlamətdar olan soyuqda qışı keçirməkdən qorxur.

Son aylarda aparılan sorğular isə artıq Kiyevdə danışıqlar perspektivinə açıq olduqlarını söyləyənlərin sayının artdığını göstərib. Prezidentin müşaviri Mixaylo Podolyak avqustun əvvəlində verdiyi müsahibədə demişdi ki, insanlar çətin psixo-emosional vəziyyətdədir, müharibə uzundur, bütün güc və emosiyaları tələb edir.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) icraçı direktoru Anton Hruşetski isə söyləyib ki, Ukrayna cəmiyyəti çoxlu itkilərə məruz qalır. Onun fikrincə, bu, ukraynalılar üçün psixoloji cəhətdən yorucudur”, – qəzet yazır.

Mövcud situasiyanı dəyərləndirən KİV əlavə edib ki, danışıqlar başlaması artıq labüd hal almaqdadır, çünki cəbhədə vəziyyət ağırdır və ukraynalılar tükəniblər.

Kimliyi müəmmalı qalan Avropanın xarici işlər nazirlərindən biri isə nəşrə bildirib ki, Bayden danışıqlar istiqamətində kursu dəyişə bilər. Onun sözlərinə görə, Harris də eyni şeyi edəcək, lakin Tramp açıq şəkildə danışıqlar yolu ilə müharibəni tez bitirəcəyini vəd edir.

XİN rəhbəri vurğulayıb ki, danışıqların alternativi yenə də danışıqlardır, çünki Ukrayna getdikcə tükənir və müharibə yekun mərhələyə yaxınlaşır.

Rafi Müslümov

COP29

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv