“Sülh müqaviləsi üzrə danışıqlarda azərbaycanlıların Ermənistana qayıtması məsələsi gündəmdə deyil”.
Yenicag.az xəbər verir ki, bunu noyabrın 23-də jurnalistlərlə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.
O bildirib ki, azərbaycanlıların Ermənistana qaytarılması məsələsi sülh müqaviləsi danışıqlarına daxil edilməyib.
“Biz dəfələrlə qeyd etmişik ki, bu problem Azərbaycanla danışıqlarda müzakirə olunmur”, – Safaryan bildirib.
Xuraman Etibarlı