“Sülh danışıqlarında irəliləyişin olmaması toqquşma qorxusunu artırır” – Xandanyan

“Azərbaycanla danışıqlarda irəliləyişin olmaması gərginliyin artacağı ilə bağlı qorxuları artırmağa davam edir”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Sarkis Xandanyan jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, sülh müqaviləsinin mətni üzərində işləyərkən razılaşdırılan müəyyən müddəalar olub, lakin sonrakı təftişlərdə tərəflər əldə olunan razılaşmalardan geri çəkiliblər.

“Biz razılaşdırılmış müddəalarla bağlı razılaşmalara əməl olunmasını istəyirik”, – Xandanyan vurğulayıb.

Xuraman Etibarlı

COP29