Sülh müqaviləsi ilə bağlı VACİB MƏQAM: “Optimist notda olanlar çoxdur, ancaq…”

“Bu il sülh müqaviləsinin imzalanması gözlənilmir”.

Bu sözləri Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı iddiaları Yenicag.az-a şərh edərkən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.

Deputatın sözlərinə görə, Ermənistan heç bir öhdəliyi yerinə yetirmir:

“Müəyyən proseslərin olacağı gözləniləndir, ancaq yekun sülh müqaviləsinin imzalanmasını gözləmirəm. Çünki Ermənistan və onların arxasında duran qüvvələr buna hazır deyil”.

Millət vəkilinin fikrincə, Ermənistanın təklif etdiyi variantlar da Azərbaycanı qane etmir:

“Bizdə ötən il deyirdilər ki, sülh müqaviləsi imzalanacaq, deyirdim, bu real deyil. İndi də, real görünmür. Çünki Ermənistan götürdüyü öhdəliyi yerinə yetirmir, konstitusiyanı dəyişmirlər, qısa müddətdə də bu gözlənilmir. Eləcə də kommunikasiya xətlərinin açılması ilə bağlı qəti qərar da vermirlər. Ona görə də ilin sonuna qədər yekun sülh müqaviləsinin imzalanmasını gözləmirəm. Optimist notda olanlar çoxdur, ancaq reallıq bunu demir”.

Səxavət Məmməd

COP29