Ermənistanın xarici işlər naziri Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçilik rolunu konstruktiv adlandırıb.
Yenicag.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan dialoqu beynəlxalq forumu zamanı deyib.
“Rusiya 2020-ci il müharibəsindən sonra uğurla vasitəçilik edə bildi və barışıq imzalaya bildi. Rusiya Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirən vasitəçilik prosesinin təşəbbüskarıdır. Bu rolu ABŞ, Aİ və digər ölkələr – Fransa və Almaniya davam etdirdi. Azərbaycanlı həmkarımla isə sonuncu görüş Qazaxıstanda baş tutub”, – XİN rəhbəri qeyd edib.
O, Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışan bütün ölkələrə təşəkkür edib: “Bununla belə, İrəvan başa düşür ki, bütün ölkələrin öz maraqları var. Bu maraqlar həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Bu nəzəri, aksiomatik həqiqətdir”.
Mirzoyan həmçinin bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovu və Türkiyədən olan həmkarı Hakan Fidanı forumda görmək istərdi: “Əgər sülh müqaviləsi imzalansaydı, o zaman Azərbaycan XİN rəhbəri də İrəvandakı forumda iştirak edərdi”./unikal