“Sülh müqaviləsinin imzalanmasına başqa güclər imkan vermir”.
Bu sözləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və işğal altındakı 4 kəndinin taleyini Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, sülh müqaviləsi hər an imzalana bilər:
“Sülh müqaviləsi haqqında ümidləri itirmək olmaz. Hələ dekabr ayı var və sülh müqaviləsinin bağlanması bir günlük hadisədir. Çünki onun bütün məqamları razılaşdırılıb. Razılaşdırılmamış məqamlar yoxdur. Qazaxın 3 və Naxçıvanın Kərki anklavının qaytarılması isə vaxt ala bilər. Çünki Naxçıvanın Kərki anklavının Gədəbəyin Başkəndi ilə dəyişdirilməsi yönündə iddialar var. Bu prosesdə ən böyük problem o kəndlərdən Ermənistanın strateji yollarının keçməsidir. Ermənistan ya başqa yollar çəkib o kəndləri geri qaytarmalıdır, ya da Azərbaycan tərəfinə kompensasiya verməlidir. Bu kompensasiya aylıq, yaxud birdəfəlik də ola bilər. Hesab edirəm ki, həll olmayacaq məsələlər deyil. Görünür, başqa güclər buna imkan vermir”.
Səxavət Məmməd