!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sülh və Təhlükəsizlik üçün Su”: BMT-nin Cenevrə ofisində tədbir keçirildi

!Reklam – Yazi

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən BMT-nin Cenevrə ofisində İnsan Haqları üzrə 40-cı sessiya çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirin moderatoru Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun rəhbəri, Asiya Su Şurasının İdarə Heyətinin üzvü Nidal Salim dünyada sudan təzyiq vasitəsi kimi istifadənin dayandırılmasına çağırıb. O, su çatışmazlığının insanın gündəlik həyatına, ətraf mühitə, iqtisadiyyata, cəmiyyətə təsirlərindən danışıb. Nidal Salim sudan  düzgün istifadə edilməməsi səbəbindən baş verən müharibələrdən, dağıntılardan söz açıb. Onun sözlərinə görə, su insan varlığının, iqtisadiyyatın əsas mənbəyini təşkil edir və bu gün sudan təsir vasitələrindən biri kimi istifadə yolverilməzdir.

Tədbirdə çıxış edən BAMF prezidenti Umud Mirzəyev Azərbaycanın 30 ildən çoxdur ki, işğaldan əziyyət çəkdiyini, ərazilərimizin 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldığını deyib. Bundan savayı, 1992-ci ildən erməni hərbi birləşmələrinin işğalı altında olan Sərsəng su anbarı və digər su mənbələrindən ölkəmizə qarşı siyasi-iqtisadi təsir vasitəsi kimi istifadə edildiyini auditoriyanın diqqətinə çatdırıb. Minlərlə insanın, eləcə də 96 min ha ərazinin su çatışmazlığından əziyyət çəkdiyini qeyd edib. O, insan hüquqları və ətraf mühitin qorunması, regionda sülhün, dayanıqlı inkişafın təmin edilməsi, işğal altında saxlanılan ərazilərin azad olunması üçün vətəndaş cəmiyyəti qurumlarını öz səylərini birləşdirməyə səsləyib. Daha sonra suyun təbii axınına məhdudiyyətlərin qoyulması səbəbindən Azərbaycanın yaşadığı çətinliklər BAMF-ın hazırladığı “Su-Müharibə maşını” sənədli filmi vasitəsi ilə auditoriyaya çatdırılıb.

BMT-nin İnsan Haqları Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü professor Osman Əl Hacc su mənbələrinin istifadəsi zamanı təhlükəsizliyin qorunması, eləcə də beynəlxalq hüquqi normalardan danışıb. O, Azərbaycana qarşı sudan təzyiq vasitəsi kimi istifadə olunmasını beynəlxalq cinayət adlandırıb, bunun beynəlxalq arbitraj məhkəməsinə çıxarılmasının vacibliyini qeyd edib. BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina su və ekoloji dağıntılar mövzusunda çıxış edib. O, işğal olunmuş ərazilərdə su infrastrukturunun dağıdılmasını, nəzarətsiz ərazilərdə sudan qeyri-insani istifadə olunmasının, işğalın davam etdirilməsinin yolverilməz olduğunu bildirib. Bunun qarşısının alınması üçün beynəlxalq qurumlarına səslənib. Daha sonra auditoriyanın sualları dinlənilib. BAMF-ın vitse-prezidenti Ramil Əzizov verilən sualları cavablandırıb. Suyun siyasi məqsədlər üçün istifadəsinin insan haqlarına təsiri, təhlükəsizlik məsələlərindən danışıb.

Tədbir BMT-nin Cenevrə ofisində milli ornamentlərimizlə bəzədilmiş Azərbaycan otağında keçirilib. Tədbirdə 30 nəfərə yaxın vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, missiya nümayəndələri iştirak edib. Qeyd edək ki, BAMF nümayəndələri İnsan Haqları Şurasının 40-cı sessiyası çərçivəsində 4-9 mart tarixlərində BMT-nin Cenevrə ofisində bir sıra görüşlər keçirib. BAMF, BMT-nin Cenevrə ofisində İnsan Haqları üzrə Ali Komissar Mişelle Baçelet Jeria ilə görüşə qatılıb. Görüşdə fəaliyyəti beynəlxalq münasibətlərdə qəbul edilməyən qurumların İnsan Haqları Şurasında fəaliyyətinə açıq imkanların yaradılmasından yaranan narazılıqlar, ifadə azadlığı, insan haqqlarının qorunmasında vətəndaş cəmiyyətinin dəstəklənməsi, yaşlıların, eləcə də uşaqların hüquqlarına dair məsələlər müzakirə olunub.

Səfər çərçivəsində BMT-nin İnsan Haqları üzrə məmuru Zəki Otman, birtərəfli məcburi tədbirlər üzrə BMT İnsan Haqları Şurasının xüsusi məruzəçisi, Cenevrə İnsan Haqları və Qlobal Dialoq Mərkəzin icraçı direktoru İdris Cəzairi, BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisi xanım Katalina Devandas Aquilar, Rusiya Xarici İşlər Nazirliyinin Humanitar Əməkdaşlıq və İnsan Haqları departamentinin müşaviri Yevgeni Ustinov, Londonda yerləşən ARAMEA Fondunun İdarə Heyətinin, mərkəzi ofisi Belçikada yerləşən Qlobal Filantrop Şəbəkəsi, İnkişaf və Hüquqlara dair Beynəlxalq Akademiyanın üzvəri, Kəndlər Birləşdirir – Birləşmiş Kəndlər təşkilatının, İranın Terrorizm Qurbanlarının Müdafiəsi Assosiasiyasının nümayəndələri ilə görüşlər keçirilib, Azərbaycan ərazilərinin işğalı nəticəsində, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının qorunması ilə bağlı məsələlər gündəmə gətirilib.

Emin

www.yenicag.az

3412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv