Sülhdən boyun qaçıran Ermənistan: “Dəlini döyə-döyə ağıllandırarlar”

“Davamlı sülhü və Zəngəzur dəhlizinin mahiyyətini dərk etməyənlər xalqın düşmənidir. Bu hər iki cəmiyyət üçün keçərlidir”.

Bunu Avropa İttifaqının təklif etdiyi Azərbaycan və Ermənistan tərəfinin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlaması təklifinə münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Araz Əlizadə bildirib ki, davamlı sülh nəinki iki ölkəyə, həm də regiona lazımdır:

“Hər iki tərəfin əhalisi dərk etməlidir ki, dəhlizin açılması həm Azərbaycan, türk xalqına, həm Avropaya, həm Rusiyaya, həm də ermənilərə çox lazımdır. Bunu dərk etməyənlər xalqın düşmənidir.

Hər iki tərəfin əhalisinin içərisində bir-birinə düşmən kəsilmiş qruplar var. Belə bir məsəl var, dəlini döyə-döyə ağıllandırarlar. Hər iki tərəfin ölkə rəhbərliyi öz irədəsini ortaya qoymalıdır. Əgər hər iki tərəf xalqın sözünə baxsa, bu məsələ həllini tapmayacaq”.

Səxavət Məmməd