!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlılar ermənilərin Qarabağda silahlanmasına göz yumur, yoxsa ... – Ərəstun Oruclu yazır

!Reklam – Yazi

Müsahibələr və şərhlər verəndə tez-tez qarşılaşdığım suallardan biri də budur ki, yeni müharibə olacaqmı və Azərbaycan bu müharibəyə hazırdımı?

Əvvəla, yeni müharibə təhlükəsinin qaldığını daim demişəm və təəssüf ki, bu gün də onun olmayacağını deyə bilmirəm.

İlk növbədə ona görə ki, Ermənistandan Qarabağın ermənilər yaşayan ərazilərinə hərbçilərin gətirilməsi davam edir və artıq Azərbaycan hakimiyyəti də bunu dilə gətirib. Konkret olaraq, bu günlərdə xarici işlər naziri Ceyhun Bayramov bu haqda Bakıda səfərdə olan ATƏT sədri Ann Lindeyə məlumat verib.

Bundan əvvəl isə, martın 12-də BMT-yə ünvanlanan məktubunda xarici işlər naziri eyni məsələni qaldırıb. Amma çox təəssüf ki, hər iki halda Qarabağa bu axın az qala ayrı-ayrı Ermənistan vətəndaşlarının şəxsi təşəbbüsü kimi təqdim olunub.

Belə yanaşma isə nəinki qeyri-ciddidir, hətta zərərlidir. Əgər biz ölkə olaraq beynəlxalq qurumlardan suverenliyimizin və dövlət təhlükəsizliyimizin qorunmasına dəstək umuruqsa, ilk növbədə onlara təhdidin kim tərəfindən yaradıldığını dilə gətirməliyik.

Məsələn, deməliyik ki, Rusiya “sülhməramlıları” 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozaraq, gizli yolla Qarabağa hərbçilərini yollayan Ermənistanın bu əməlinə göz yumurlar. Mən bunun hələ ən yumşaq formasını göstərdim, əslində isə hər iki ölkənin planlı və məqsədli işbirliyi açıq deyilməlidir.

Çünki belə də var. Elə deyilsə və bu, gələcək müharibəyə hazırlıq deyilsə, o zaman Rusiyanın həmin bədnam üçtərəfli bəyanatın şərtlərini pozmaqda marağı nə ola bilər? Elə deyilsə, o zaman “sülhməramlılar” niyə Qarabağda ağır silahlardan istifadə etməklə hərbi təlimlər keçirirlər? Ümumiyyətlə, bu silahlar onların arsenalında niyə olmalıdır?

Çox arqumentlər gətirmək olar, amma bir şey tam aydındır ki, problemlərimizi özümüz açıq şəkildə dilə gətirmiriksə, onları bizim əvəzimizdən heç kəs nə səsləndirəsi, nə də həll edəsi deyil. Ölkənin rəhbərliyindəkilər bunu anlamamış deyillər və onda da haqlı sual yaranır ki, o zaman belə dişsiz müraciətlərin mənası nədir?

10 noyabr bəyanatının şərtlərinə görə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində erməni silahlı birləşmələri olmamalıdır. Diqqətlə baxın həmin bəyanata, xahiş edirəm: Ermənistan yox, erməni hərbi birləşmələri yazılıb orada. Yəni, Qarabağdakı ermənilərin istənilən hərbi birləşməsi qanunsuzdur və çıxarılmalıdır.

Bu müddəa Azərbaycana imkan verir ki, öz ərazisindəki qanunsuz hərbi birləşmələrin ləğv edilməsinə dair xüsusi əməliyyatlar keçirsin. Söhbət əsla müharibədən, hətta antiterror əməliyyatından da yox, qanunsuz silahlı birləşmələrin ləğvindən gedir. Azərbaycan tam haqqı çatan bu əməliyyata ləngimədən başlamalıdır.

Bunun üçün öncə elə həmin ATƏT-ə, BMT-yə və Rusiya rəhbərliyinə xəbərdarlıq olunmalıdir ki, onlar məsələni dinc yolla həll etməsələr Azərbaycan tərksilah əməliyyatına başlayacaq. Bu isə həm beynəlxalq təşkilatların münaqişə bölgəsinə cəlb olunması, həm də münaqişənin Rusiyanın mütləq nəzarətindən çıxarılması üçün zəmin yaratmaq deməkdir.
Bundan başqa Azərbaycan öz ərazisi olan Laçın dəhlizinə Rusiya “sülhməramlıları” ilə birlikdə nəzarət olunması tələbini irəli sürməlidir. Son nəticədə bu və digər əlavə addımlar həm də yeni müharibədən qaçmaq demək olardı, çünki həmin müharibənin təşəbbüskarı və ona hazırlıq aparan Rusiyadır.

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv