Sülhməramlılar Qarabağdan çıxıb Ermənistana gedir

Qarabağdan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Qoris və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinə bildirib.

“Dağlıq Qarabağda yerləşdirilməsi və sülhməramlı fəaliyyət üçün Ermənistan hökuməti Qoris və Sisianda Rusiya sülhməramlı birləşmələrinə müvəqqəti dislokasiya məntəqələri ayırıb. Laçın dəhlizinin normal fəaliyyətini təmin etmək üçün yer də seçilib. Rusiya sülhməramlı qoşunları Dağlıq Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Dağlıq Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Qoris və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”, – o qeyd edib.

Xatırladaq ki, aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Rusiyanın ali rəhbərliyinin Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul etdiklərini bəyan edib./Report/

COP29