Sülhməramlılar qəzaya düşdülər: Ölənlər var

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus maşın erməni sürücünün idarə etdiyi avtomobillə toqquşub.

“Report” “News.am”a istinadən bildirir ki, hadisə Xankəndi şəhəri yaxınlığında baş verib.

Nəticədə 4 nəfər ölüb. Ölənlərin hamısı qadındır.

Ağır xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib.