Sülhməramlılar üçün “Yaddaş kitabçası” hazırlandı

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti üçün xüsusi “Yaddaş kitabçası” hazırlanıb.

Yenicag.az xəbər verir ki, bildirilib ki, ərazilərimiz artıq öz orijinal tarixi adları ilə yazılmalı və səsləndirilməlidir.

“Dağlıq Qarabağ” Qarabağ iqtisadi rayonu, “Mardakert” Ağdərə, “Martuni” Xocavənd, “Madagiz” Suqovuşan, “Getavan” isə Qozlukörpü kimi qeyd edilməlidir.