Sülhməramlıların erməni SEVDASI – Üzüm yığımındakı canfəşanlıqlarına REAKSİYA – VİDEO

“Ermənilərin üzüm yığmağa işçi qüvvələri çatışmır, Rusiya sülhməramlılarını aparıb işlədirlər. Bizdə zamanında məktəbliləri üzüm yığmağa aparırdılar”.

Bu fikri Azərbaycanın Əsgəran qəsəbəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin erməni sakinlərinin üzüm yığımında iştirak etməsinə münasibət bildirən millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

Aqil Abbas bildirib ki, Rusiya sülhməramlıları üzüm yığanların təhlükəsizliyini təmin etmir, birbaşa üzüm yığır:

“Onlar sülhməramlı deyil, erməniməramlı yengələrdir. Rusiya sülhməramlıları ermənilərə su daşıyırlar. Biz yezit deyilik, bizdən su istəsinlər su verək. Bizimlə düşmən olsalar da, su verərik. Yəqin ki, üzümdən sonra da kartoflarını yığarlar. Orada görüləsi o qədər işlər var ki…

Bu il eşşək yarışı olmadı, dilxor oldum. Yoxsa sülhməramlılar da bu il eşşəklərlə birgə yarışardılar. Bu hadisələrdə ən maraqlı məqam odur ki, “müstəqilliklərini” qeyd etmək yerinə, ölülələrinin üstünə gül qoydular. Bayram, çal-oynasın olmadı. Sülhməramlıların komandanı Rüstəm Muradov da dilxor oldu. Çünki o da oynamaq, hoppanıb-düşmək istəyirdi, alınmadı. Dedilər ki, apar gül qoy, o da apardı.

Hər gün Şuşaya adam gedir. Ona görə atəş açırlar ki, guya bizi qorxudacaqlar. Şuşaya aşağıdan yuxarı güllə atırlar, bizimkilər də vurub məhv edir”.

Səxavət Məmməd