“Bu addımlar atılarsa, perspektivdə sülh görünə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında sülh istiqamətdə gələcək il üçün hansı addımların atıla biləcəyindən danışan politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin böyük hissəsinin razılaşdırılması mühüm irəliləyişdir.
“Hazırda Azərbaycanın haqlı tələbləri əsasında qalan məsələlərin həll olunması gündəlikdədir. Danışıqlar məhz bu istiqamətdə işlərə yönəlib. Ermənistan konstitusiyasının dəyişdirilməsi öz aktuallığını qoruyub saxlamaqdadır. Digər tərəfdən, İrəvan sülh müqaviləsinin imzalanması üçün öz məqsədlərini də irəli sürür”, – deyə o bildirib.
Ətraflı tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov