“Sülhün təmin edilməsi istiqamətində səyləri dəstəkləyirik” – Misir Prezidenti

Cənab Prezidentə (Prezident İlham Əliyevə – red.) Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi bir daha bildirdim.

Yenicag.az xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

Bu səylərin region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacağını vurğulayan Misir Prezidenti deyib: “Həmçinin cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq”.

COP29