“Rusiya dünyanı sülhə can atdığına inandırmaq istəsə də, ukraynalılara qarşı hərbi cinayətlərini davam etdirməkdədir”.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Ukrayna ərazisini yenidən intensiv raket atəşinə tutmasına münasibət bildirən Estoniyanın Baş naziri Kaya Kallas deyib.
Kallas bu barədə mövqeyini özünün “Twitter” səhifəsində yazıb:
“Rusiya dünyanı özünün sülhə can atmasına inandırmağa məcbur etmək istəyir. Ancaq reallıqda isə ukraynalılara qarşı kütləvi hərbi cinayətlərini davam etdirməkdədir.
Sülhün yeganə yolu hərbi yardımları artıraraq Ukraynanın qələbəsinə dəstək olmaqdır”.