Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Sultan Süleymanın portreti 5 milyona satıldı

Londonun mərkəzində “Sotheby’s” hərrac evi tərəfindən təşkil olunmuş “İslam Dünyasının Sənətləri” adlı kolleksiyadan ibarət olan əsərlərin satışı başa çatıb.

Yenicag.az xəbər verir ki, hərracda Qanuni Sultan Süleymanın portreti 5 milyon 323 min 500 sterlinqə satılıb.

“Sotheby’s”dən verilən açıqlamada bildirilib ki, hərrac çərçivəsində satışa çıxarılan 311 sənət əsəri arasında italyan rəssam Centile Bellininin davamçılarından biri tərəfindən çəkildiyi düşünülən Qanuni Sultan Süleymanın portreti ən dəyərli iki əsərdən biri olub.

Bu portretin sultanın taxta çıxdığı 1520-ci illərdə Venesiyadan Osmanlı sarayına gəlib- gedən Qərb diplomatlarının təriflərinə əsasən çəkildiyi bildirilir.

Qeyd edək ki, hərracdan əvvəl bu portretə 1 milyon 900 min və ya 2 milyon 700 min dəyərində qiymət qoyulub.

Tahirə Nur

www.yenicag.az

1627
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM