Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar nəticəsində yağış suları ilə dolub.
Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən suçəkmə işləri aparılıb və vətəndaşlara müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb.