Sumqayıtda baş vermiş yanğın nəticəsində 6 yaşlı uşaq yanaraq ölüb

Sumqayıt şəhərində 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsi baş verib.

Yeniçağ.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az