!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

#Сümhuriyyətüçünyaz müsabiqəsinin qalibləri bəlli oldu – “Yeni Çağ”ın "Palmali Qrup"la birgə layihəsi - SİYAHI + VİDEO

!Reklam – Yazi

100 illik mirasın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində qeyd edilməsi məqsədilə Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar “Yeni Çağ” Media Qrupu da bir sıra tədbirlər planı nəzərdə tutub. Bunlardan biri də “Palmali Qrup”un baş sponsorluğu ilə “Yeni Çağ”ın elan etdiyi #cümhuriyyətüçünyaz müsabiqəsidir.

Mayın 1-də elan olunan müsabiqənin bu gün seçim turu artıq başa çatıb və saat 12.00-da canlı yayımda qaliblər avtomatik “random” üsulu ilə seçilib.

Postu yazarkən diqqətli olunması söylənilsə də, ümumi iştirak edən 1205 nəfərdən müsabiqədə yalnız 344 nəfəri seçimə qatılmaq şansı qazanıb. Digər iştirakçılardan 611 nəfər qeydiyyatdan keçmiş, post yazmamış, 183 nəfər qeydiyyatdan keçmiş, post yazmış, lakin paylaşmamış, 68 nəfər qeydiyyatdan keçmiş, post yazmış, lakin hərkəsə açıq şəkildə paylaşmadığından müsabiqədən uzaqlaşdırılmışdır.

#cümhuriyyətüçünyaz müsabiqəsinin qalibləri müvafiq olaraq 50, 100, 300. 500, 1000 manat pul mükafatı qazanıblar. Qeyd edək ki, “Yeni Çağ” Media Qrupu, həmçinin, təqdimetmə mərasimdə ən yaxşı postu yazan şəxsi də mükafatlandıracaq.

Müsabiqənin qalibi Mila İsmayıl adlı feysbuk istifadəçisi olub və 1000 manat məbləğində pul mükafatı qazanıb.

Qaliblərin tam siyahısını sizə təqdim edirik:
10. Zaur İsa- 50m
9. Rasiya Hüseynova -50m
8. Murad Mustafayev -50 m
7. Samid İbrahimov- 50m
6. Elsevər Hüseynoğlu – 100 m
5. Qaya Nəsibzadə -100m
4. Əcəmi Asedulla – 100 m
3. Kərim Kərimli -300 m
2. Vüqar Əliyev -500 m
1.Mila İsmayıl – 1000 manat

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun bu müsabiqəsi “Palmali” Şirkətlər Qrupunun baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqəyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Türkiyə Evi (ATEV), “Büyükfırat” Şirkətlər Qrupu, “Hilal” İctimai Birliyi və “Lombard N:1” dəstək verir.

Müsabiqənin seçim turunun videosunu sizə təqdim edirik:

Videoya buradan baxa bilərsiniz.

www.yenicag.az

2351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv