Yaponiyada yarış atına verilən ad bir anın içərisində gündəm mövzusuna çevrilib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ata verilən Sumomomomomomomomo adında “-mo” hecası 8 dəfə təkrarlanır.
Qəribə ad yarış spikerlərini də çətin duruma salıb. Spikerlər 12-ci yarışda birinci olan atın adını hər söylədiklərində maraqlı anlar yaşanıb.
Sumomomomomomomomo adının mənası da maraqlıdır. Belə ki, bu ad bir növ yanıltmacdır və “Alçalar da, şaftalılar da şaftalıdır” mənasını daşıyır.