Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıtdakı yarmarkanın yeri bu əraziyə köçürülür

Sumqayıtda kənd təsərrüfatı yarmarkası başqa əraziyə köçürüləcək.

Yenicag.az xəbər verir ki, Sumqayıt-Abşeron bürosunun məlumatına görə, köçürülməyə yerli sakinlərin çoxsaylı şikayətləri səbəb olub.

Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının 42-ci məhəlləyə köçürülməsinə qərar verilib. Buna səbəb yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratmasıdır.

Belə olan halda ərazidə yaşayan sakinlər məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət ediblər. İcra rəsmiləri vətəndaşların şikayətini haqlı sayıb və yaranmış poblemin aradan qaldırılması üçün bu adımı atıb.

Yarmarka bundan sonra şəhərin 42-ci məhəlləsində fəaliyyətini davam etdirəcək.

Adıçəkilən yarmarka Sumqayıtda hər həftənin şənbə və bazar günləri keçirilir./Report/

www.yenicag.az

6726
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100