!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıt-Bakı qatarında problem yarandı - SƏBƏB

!Reklam – Yazi

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər. Qeyd olunub ki, yaranan problem artıq aradan qaldırılıb:

“Dəmir yolunun Biləcəri-Keşlə mənzilinin kontakt şəbəkəsində yaranmış nasazlıqla bağlı Sumqayıt-Bakı elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb. Problem dərhal aradan qaldırılıb və hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir”.

Qeyd edək ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da çıxan qatar 2 dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub. Qatar Bakı Dəmir Yolu Vağzalına 26 dəqiqə gec çatıb.

www.yenicag.az

13630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv