Sumqayıt-Bakı qatarının hərəkətində problem yarandı

Bu gün Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində qısa fasilə yaranıb.

Azərbaycan Dəmir Yolları QSC-dən Yenicag.az-a bildirilib ki, fasilə təqribən 08:10-da yaranıb. Buna səbəb elektrik enerjisinin açılması olub. Problem aradan qaldırılan kimi qatarın hərəkəti bərpa edilib.