Sumqayıt, Binəqədi və Abşeronla bağlı mühüm yenilik

Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək.

Yenicag.az xəbər verir ki, bununla bağlı “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Layihəyə oktyabrın 3-də parlamentin Regional məsələlər komitəsinin iclasında baxılacaq./report