“Sumqayıt” BK heyətini yeni oyunçu ilə gücləndirdi

“Sumqayıt” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Bu barədə Yenicag.az-a “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.

Ötən mövsüm ABŞ-nin “North American University” kollektivində çıxış edən Ceylon Klarkla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, buna qədər “Sumqayıt” əcnəbi oyunçulardan amerikalı Derrik Nyuton, Calen Houkins və rusiyalı Andrey Moteyunası heyətinə qatıb.

COP29