“Sumqayıt” braziliyalı futbolçunu heyətinə qatdı

“Sumqayıt” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Yenicag.az xəbər verir ki, Alan Diasla 1+2 illik müqavilə imzalanıb.

25 yaşlı braziliyalı müdafiəçi komandada 5 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisi bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.

COP29