Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, günün ikinci görüşü Sumqayıtda oynanılıb.
Şəhərin eyniadlı komandası I Liqada mübarizə aparan “Karvan”la üz-üzə gəlib. Samir Abasovun kollektivi aşağı dəstə təmsilçisi ilə matçda sensasiyaya imkan verməyib. “Gənclik şəhəri” komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.
Bununla 1/4 finala yüksələn “Sumqayıt”ın bu mərhələdəki rəqibi “Neftçi” – “Qaradağ Lökbatan” cütünün qalibi olacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları 2024-cü il yanvarın 30-31-də, cavab görüşləri isə fevralın altı və yeddisində keçiriləcək./Oxu.az/