“Sumqayıt” ın hücumçusu milli komandada

sumqay“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının Bakıda başlayan təlim-məşq toplanışına “Sumqayıt” komandasının hücumçusu Məhəmməd Qurbanov da çağırılıb. Vurğun Hüseynov isə ehtiyat oyunçular siyahısında yer alıb.

“Sumqayıt” Futbol Klubunun üç futbolçusu – Şahruddin Məhəmmədəliyev, Cəmil Hacıyev və Tərlan Əhmədli isə U-21 yığmasına dəvət alıb.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası noyabrın 4-dən 10-dək Bakıda, noyabrın 11-dən 17-dək isə Maltanın paytaxtı Valettada təlim-məşq toplanışında olacaq. Yığmamız hazırlıq prosesi çərçivəsində noyabrın 16-da “Hibernians” stadionunda Maltanın U-21 yığması ilə yoldaşlıq oyunu keçirəcək.

(topnews.az)