Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının 11 illiyidir.İndiyədək Sumqayıt Kimya Sənaye Parkı-nın rezidentləri tərəfindən 5,3 milyard manat investisiya yatırılıb və 6 000-dən çox insan daimi işlə təmin olunub.
Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Parkda əlavə 300 milyon manatdan çox investisiyanın yatırılması və 2.000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.